Əcnəbilər hotellərimizdə neçə milyon xərcləyib?

Əcnəbilər hotellərimizdə neçə milyon xərcləyib? Ötən il əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə mehmanxana və mehmanxana tipli müəssisələrin göstərdikləri xidmətlərin məbləği açıqlanıb.
Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.
Bildirilib ki, 2022-ci il ərzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlərə görə ödənilmiş məbləğ 138 milyon 766,6 min manat təşkil edib.
Bu, bir il əvvəlki göstəricidən 91 milyon 393,5 min manat çox olub. 2021-ci ildə bu rəqəm 47 milyon 373,1 min manat təşkil edib.

Tehsil-press.az


Oxşar xəbərlər