Serbiya və Türkiyə prezidentləri regional məsələləri müzakirə ediblər

Serbiya və Türkiyə prezidentləri regional məsələləri müzakirə ediblər Serbiya Prezidenti Aleksandar Vuçiç Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ölkələr arasında ikitərəfli münasibətlər və regional məsələlərlə bağlı müzakirə aparıblar.
Macarıstanın paytaxtı Budapeştdə Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşün əhəmiyyətini qeyd edən Aleksandar Vuçiç Türkiyə ilə münasibətləri ən yaxşı səviyyədə saxlamağın ölkəsi üçün çox vacib olduğunu bildirib.
Serbiya Prezidenti bu görüşü qarşılıqlı maraq doğuran bütün sahələrdə onsuz da yaxşı olan Serbiya-Türkiyə əməkdaşlığının gücləndirilməsi istiqamətində növbəti addım kimi qiymətləndirib.
A.Vuçiç türkiyəli həmkarı ilə görüşdə regionda sülh və sabitliyin qorunmasının vacibliyindən danışıb, Türkiyənin bu istiqamətdə konstruktiv fəaliyyətinə ümid bəslədiklərini vurğulayıb.

Tehsil-press.az




Oxşar xəbərlər