Akademik Şahin Mustafayev Türkiyə Tarix Qurumunun prezidenti ilə görüşüb

Akademik Şahin Mustafayev Türkiyə Tarix Qurumunun prezidenti ilə görüşüb Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Ankarada Türkiyə Tarix Qurumunun prezidenti professor Yüksel Özgen ilə görüşüb.
Görüş zamanı təşkilatlar arasında daimi tərəfdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
Akademik Ş.Mustafayev rəhbərlik etdiyi qurumun hazırkı işi barədə məlumat verib, türk xalqlarının tarixinin öyrənilməsi ilə bağlı fikirlərini bölüşüb.
Y.Özgen Beynəlxalq Türk Akademiyasının elmi əməkdaşlıq çərçivəsində təşəbbüslərini dəstəkləməyə hazır olduğunu bildirib.
Görüşün sonunda Ş.Mustafayev Akademiya tərəfindən hazırlanmış Türk Dünyası Tarix və Mədəniyyət Atlasını professor Y.Özgenə təqdim edib.

Tehsil-press.az


Oxşar xəbərlər