
Rəcəb Tayyib Ərdoğan islamofobiya məsələsinə də toxunub. O, son zamanlar bəzi Qərb ölkələrində baş verən təxribat xarakterli hərəkətlər və müsəlmanların müqəddəs kitabı “Quran”ın nüsxələrinin yandırılması ilə bağlı narahatlığını ifadə edib, həmçinin ölkəsinin bu hallarla mübarizəni davam etdirəcəyini bildirib. "Təəssüf ki, demokratiya və insan haqlarını müdafiə edən ölkələrin əksəriyyəti bu vəhşilik qarşısında “üç meymun”u oynayır. Polisin himayəsi altında “Qurani-Kərim”in yandırılması açıq-aşkar təxribatdır, nifrət cinayətidir. Heç kim bizdən buna biganə qalmağı gözləyə bilməz”, –deyə o əlavə edib.
Türkiyənin dövlət başçısı bəşəriyyətin ortaq gələcəyi naminə bütün ölkələri islamofobiyaya qarşı daha qətiyyətli siyasət yürütməyə çağırıb. O diqqətə çatdırıb ki, Türkiyənin təklifləri və səyləri ilə G-20 bəyannaməsində müqəddəs kitablara edilən hücumlar da pislənilib.
Tehsil-press.az