Türkiyə Prezidenti NATO-nun Baş katibi və İsveçin Baş naziri ilə görüşüb

Türkiyə Prezidenti NATO-nun Baş katibi və İsveçin Baş naziri ilə görüşüb NATO dövlət və hökumət başçılarının Vilnüs sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq və İsveçin Baş naziri Ulf Kristersson arasında üçtərəfli görüş keçirilib.
Türkiyə Prezidentinin Vilnüsdə ikinci görüşü Avropa İttifaqı Şurasının sədri Şarl Mişellə olacaq. Görüşün Türkiyə vaxtı ilə saat 19.30-da başlaması gözlənilir.
Hər iki görüş mətbuata qapalıdır.
Agentliyin məlumatına görə, iyulun 11-də Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Cozef Baydenlə görüşəcək.

Tehsil-press.az



Oxşar xəbərlər