“Ermənistanda Rusiyanı itirmək istəyənlər çoxdur” - Lavrov

“Ermənistanda Rusiyanı itirmək istəyənlər çoxdur” - Lavrov “Ermənistanda Rusiyanı itirmək və özünə yeni dostlar tapmaq istəyənlər çoxdur”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-a müsahibəsində deyib.
Lavrov Ermənistan rəhbərliyinə ABŞ-yə arxalanan ölkələrin qibtə olunmaz taleyini xatırlamağı tövsiyə edib.
O, “Ermənistan Rusiyanı itirəcəkmi?” sualına, “bir sıra aparıcı erməni siyasətçiləri də analoji ssenarinin olmasını istəyirlər”, - cavabını verib.
“Əgər onlar birbaşa olaraq Ermənistan rəhbərliyinin bir çox nümayəndələrinin bəyanatlarından göründüyü kimi Birləşmiş Ştatlara arxalanırlarsa, onda yaxın tarixə, ABŞ-nin öz himayəsinə götürmək istədiyi şəxslərə necə münasibət göstərdiyinə nəzər salmaq yaxşı olardı”, - deyə Lavrov bildirib.

Tehsil-press.az



Oxşar xəbərlər