ADU-da ənənəvi Çin təbabətinin tarixi və əsas anlayışlarına dair seminar keçirilib

ADU-da ənənəvi Çin təbabətinin tarixi və əsas anlayışlarına dair seminar keçirilib Azərbaycan Dillər Universitetində (ADU) “Ənənəvi Çin təbabəti üsullarından istifadə etməklə diaqnostika və müalicə həftəsi” keçirilib.
Çjetszyan Ənənəvi Çin Tibb Universitetinin professoru, Çjetszyan Ənənəvi Çin Təbabəti Cəmiyyətinin üzvü Vanq Quanqing və Çjetszyan Ənənəvi Çin Tibb Universitetinin Klinikasının Onurğa Xəstəliklərinin Diaqnozu və Müalicəsi Mərkəzinin baş tibb bacısı Gu Minjie Çin müalicə masajı, akupunktura, moksoterapiya və fitoterapiya üzrə seanslar keçiriblər.
Həftə çərçivəsində özünəməxsus terapiya üsulları ilə seçilən, müxtəlif fəlsəfi anlayış və təcrübələri (Yin və Yan, Çiqon, Fenşui) geniş əhatə edən ənənəvi Çin təbabətinin tarixi və əsas anlayışlarına dair seminar keçirilib.
Qonaqlar ənənəvi Çin təbabətinin əsas qaydaları, metodları və diaqnostika texnologiyaları, o cümlədən xəstənin ümumi müayinəsi, tənəffüsün diaqnostikası, nəbz diaqnostikası, palpasiya, o cümlədən müalicəvi və sağlamlaşdırıcı gimnastika məşqlərinin və müalicəvi pəhrizin terapevtik rolu haqqında danışıblar.
ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycan-Çin humanitar əlaqələrinin dinamik inkişaf etdiyini vurğulayaraq, Ümummilli Lider Heydər Əliyev Çinə tarixi səfəri zamanı ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişi xatırladıb.

Tehsil-press.az

Oxşar xəbərlər