Ukraynada səfərbərliklə bağlı yeni qanun hazırlanır

Ukraynada səfərbərliklə bağlı yeni qanun hazırlanır Ukrayna Ali Radası səfərbərlik haqqında yeni qanun hazırlayır.
Bu barədə məlumatı Ukrayna parlamentində “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya açıqlayıb.
Deputatın sözlərinə görə, sənəd rotasiya və demobilizasiyanın necə keçiriləcəyi, eləcə də hansı yaş qrupuna daxil olan insanların Ukrayna Silahlı Qüvvələrinə xidmət üçün çağırılacağı barədə məlumatı əks etdirəcək.
Bildirilir ki, sənəd Ukraynanın Müdafiə Nazirliyinin və Baş Qərargahın iştirakı ilə hazırlanır.

Tehsil-press.az


Oxşar xəbərlər