“Merriam-Webster” nəşriyyatı 2023-cü ilin sözünü elan edib

“Merriam-Webster” nəşriyyatı 2023-cü ilin sözünü elan edib ABŞ-ın ən qədim lüğətlərin dərc edilməsi ilə məşğul olan “Merriam-Webster” nəşriyyatının versiyasına görə, 2023-cü ilin sözü "autentik”dir.
Nəşriyyatın fikrincə, bu seçim süni intellekt, məşhurların mədəniyyəti, identiklik və sosial media haqqında hekayətlər və söhbətlər sayəsində bu il "autentik" sözünün populyarlığının əhəmiyyətli dərəcədə artması ilə əlaqədardır.
Bir çoxları nə üçün məhz bu sözün seçilməsinin səbəbini axtarsa da, "autentik" sözünün həm də "saxta olmayan və ya təqlid edilməyən" və "öz şəxsiyyətinə, ruhuna və ya xarakterinə sadiq" də daxil olmaqla, bir neçə mənaya malik olduğu qeyd olunur.
Nəşriyyatın yazdığına görə, bu termindən öz “orijinal səslərini” və “orijinal şəxsiyyətlərini” tapmaq istədiklərini bəyan edərək, qəzet manşetlərinə çıxan Leyni Uilson, Sem Smit və Teylor Svift kimi məşhur müğənnilər də istifadə ediblər.
Bu sözün digər məşhur istifadəçisi isə İlon Maskdır. O, insanların sosial şəbəkələrdə daha “autentik” olmalı olduqlarını bildirib. Bununla belə, bu ilin əvvəlində İ.Mask, “Twitter”in (indiki “X” şəbəkəsi) yeni sahibi olaraq, “autentikliyi” ifadə edən və indi yalnız pullu xidmətə çevrilmiş “quş” işarəsindən qurtulmağa və beləliklə, daha ciddi problemdən xilas olmağa müvəffəq olub.
Süni intellektin inkişafı real və qeyri-real olanlar arasındakı sərhədləri aradan qaldırıb, bu da məşhurların, brendlərin və sosial media influenserlərinin öz həqiqiliklərini sübut yetirməyə can atmalarına səbəb olub. Lüğətin bildirdiyinə görə, bu ilki axtarış nəticələrində diqqət çəkən digər sözlərdən biri də onunla sıx əlaqəli olan və “insanı yalançı tərzdə təqdim etmək məqsədilə inandırıcı şəkildə dəyişdirilmiş və manipulyasiya edilmiş şəkil və ya qeyd” mənasını verən "deepfake" sözüdür.
Nəşriyyatın qeyd etdiyinə görə, 2023-cü ildə ən çox işlənən və məşhurlaşan digər sözlər rizz, deepfake, koronasiya, antiutopik sözləridir.

Tehsil-press.az



Oxşar xəbərlər