
Bu barədə Kiyev Şəhər Hərbi Administrasiyası “Telegram” kanalında məlumat yayıb. “Şevçenko rayonundakı anbarda dağıdılmış tikinti konstruksiyalarının sökülməsi zamanı daha bir nəfərin cəsədi aşkarlanıb”, - məlumatda belə deyilir.
Bununla da Kiyevə raket hücumu nəticəsində həlak olanların sayı 33 nəfərə çatıb.
Xatırladaq ki, Rusiya ordusu dekabrın 29-da Ukrayna ərazisinə kamikadze dronları və müxtəlif tipli raketlərlə hücum etmişdi.
Tehsil-press.az