
“EBS Znanium” elektron kitabxana sistemi tematik və hədəf xüsusiyyətlərinə görə qruplaşdırılmış kitab, jurnal və məqalələrin elektron versiyalarından ibarət kolleksiyalar yaradıb. “EBS Znanium” elektron formatda minlərlə unikal kitab, jurnallar, yüksəkkeyfiyyətli məhsullar, təhsil və elmi məlumatların yayılması üçün etibarlı nəşr platformasıdır.
“EBS Znanium”- elektron kitabxana sistemindən və onun bazasına daxil olan bir çox elm sahələrini (neft, geologiya, məntiq, pedaqogika, riyaziyyat və s.) əhatə edən kitab və jurnallardan faydalanmaq istəyənlər Azİİ e-Kitab Evinin səhifəsində verilmiş linkdən istifadə edə bilərlər.
Tehsil-press.az