
Banker.az əldə etdiyi məlumata əsasən, Elvin Mahmudov şirkətin baş icraçı direktoru təyin edilib.
E.Mahmudov şirkətin portfelində olan digər tikinti şitkəti “ND Company” QSC-nin də rəhbəri təyin edilib. O, bu vəzifədə Ramil Kərimov Tofiq oğlunu əvəz edib.
E.Mahmudov buna qədər SOCAR-da (Dövlət Neft Şirkəti) çalışıb.
“Caspian Capital Group”, tikinti, mühəndislik, təchizat, informasiya texnologiyaları, qida və kənd təsərrüfatı, tekstil, ticarət, turizm və ictimai iaşə sahələrində fəaliyyət göstərən şirkətlər qrupudur.
“Caspian Capital Group” şirkətinin təsisçiləri Elxan Paşayev və Tahir İskəndərovdur.
Tehsil-press.az