Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin tələbələri üçün yekun dövlət attestasiyası keçirilib

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin tələbələri üçün yekun  dövlət attestasiyası keçirilib Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsin Müalicə işi və Tibbi profilaktika 6-cı, Stomatologiya ixtisaslarında təhsil alan 5-ci kurs tələbələri üçün yekun dövlət attestasiyası keçirilib.

Müalicə işi və Tibbi profilaktika ixtisasları üzrə yekun dövlət attestasiyası komissiyasının sədrliyinə Azərbaycan Tibb Universitetinin Allerqalogiya və immunologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Lalə Allahverdiyeva, Stomatologiya ixtisası üzrə isə komissiya sədrliyinə Azərbaycan Tibb Universiteti Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri tibb elmləri doktoru, professor Çingiz Rəhimov təyin edilib.

Komissiya sədrləri və üzvlərinin iştirakı ilə keçirilən imtahanlar əyani vəsaitlər və mulyajlarla təchiz olunmuş imtahan otaqlarında yazılı və şifahi sorğular, eyni zamanda əyani vəsaitlər üzərində simulyasiyalar nümayiş olunmaqla baş tutub.

Komissiya üzvləri tərəfindən verilən sualları cavablandıran tələbələr yekun dövlət attestasiyasından uğurla keçmiş hesab olunub. Eyni zamanda gələcək karyeralarını hansı istiqamətdə qurmaları barədə tələbələrin fikirləri dinlənilib, onlara müvafiq məsləhətlər verilib.

Tələbələrin nəzəri bilkiləri və praktik vərdişləri komissiya tərəfindən yüksək qiymətlədirilib. Yekun dövlət attestasiyasının bu formatda keçirilməsinin təqdirəlayiq olduğu vurğulanıb. İmtahanda iştirak edən tələbələrin əksəriyyəti yüksək nəticələr əldə ediblər.

Bundan əlavə Əczaçılıq ixtisasının buraxılış kursu tələbələri ilk dəfə 20 həftəlik istehsalat təcrübəsinin yekun hesabatlarını təşkil olunan komissiya qarşısında təqdim ediblər. Hesabatlar tələbələrin istehsalat təcrübə müddətində gördükləri və yerinə yetirdikləri praktik vərdişlər əsasında hazırlanaraq sorğular, əyani vəsait və təqdimatlar şəklində qəbul olunub.

Tehsil-press.az

Oxşar xəbərlər