
Yenisabah.az-ın məlumatına görə, Orxan İrşad oğlu Abbasov ABŞ-ın Qərbi Miçiqan Universitetinin məzunudur.
O, əvvəllər Azərbaycan Respublikası Təhsil Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Orxan Abbasov Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini idi.
Qeyd edək ki, Orxan Abbasov ziyalı ailəsində dünyaya gəlib. Atası İrşad Ababsov ölkənin sayılıb-seçilən alimlərindən biridir. O, uzun illər Göygöl Dövlət Təbiət Qoruğunun müdiri və Göyçay Dövlət Idarəetmə və Texnologiya Kollecin direktoru vəzifəsində çalışıb.
Tehsil-press.az