
Bu sözləri Əməkdar artist Firuzə İbadova "Qonaqcanlı" verilişində deyib. Müğənni yeni mövsümə fərqli tərzdə hazırlaşdığını deyib. O bildirib ki, görünüşündə də dəyişiklik etməyi planlaşdırır:
"Xarici görünüşdə də dəyişiklik olacaq. Amma əməliyyatsız dəyişiklik olacaq. Heç vaxt etdirməmişəm, nəyə lazımdır. Hər insan 6 aydan bir həkimə müraciət etməlidir. Amma bədənşəkilləndirmə lazım deyil. Allah nə veribsə, o da bəsdir. Hər zaman qapalı geyinmişəm, elə də olacağam".
F.İbadova yeni işindən də danışıb:
"Abdulla Şaiq adına Kukla teatrının nəzdində "Oyuq" teatrı var. 10 il idi ki, təmənnasız orada uşaqlara dərs deyirdim. Bu ildən isə təsdiqləndi və rəsmi olaraq orada pedoqoq kimi çalışacağam".
Tehsil-press.az