Zəngəzurda Rusiyaya qarşı əməliyyat? – Moskva dəhlizdə “mühasirəyə” alındı

Zəngəzurda Rusiyaya qarşı əməliyyat? – Moskva dəhlizdə “mühasirəyə” alındı “Dəhliz məsələsinin sülh sazişindən sonraya saxlanılması geosiyasi maraq toqquşması və bundan istifadə edən üçüncü qüvvələrin bölgəyə daxil olmasını əngəlləməkdən ibarətdir”.

Bunu açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

O bildirib ki, Rusiya ilə Qərbin Zəngəzur dəhlizi ilə bağlı maraq toqquşması var:

“Əksər hallarda öz iradəsi ilə hərəkət etməyə cəsarəti çatmayan Ermənistan hakimiyyəti hətta bundan istifadə edərək sülh prosesini uzatmağa çalışırdı. Bu baxımdan düşünürəm ki, sülh danışıqlarında tez bir zamanda effektiv nəticəyə nail olmaq üçün bu addım atılır. Amma bu o demək deyil ki, Azərbaycan ölkənin digər ərazilərindən Naxçıvana maneəsiz gediş-gəlişin təmin olunması tələbindən imtina edəcək.

Azərbaycan bu və digər məsələlərdə prinsipial mövqe ortaya qoyub və bu mövqeyində qalacaq. Sadəcə sülh sazişinin yerləşməsi üçün bu addım atıla bilər və bu, bölgədə öz geosiyasi maraqlarını təmin etməyə çalışan güclərin oyundankənar qoyulmasına hesablanıb. Sülh sazişindən sonra Naxçıvana maneəsiz gediş-gəliş razılaşdırıla bilər və Azərbaycan təbii ki, bunun təminatını alacaq”. /Globalinfo.az

Tehsil-press.az

Oxşar xəbərlər