Oktyabrın 31-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib.
Gündəlikdəki 5 məsələ barədə komitə sədri Arzu Nağıyev məlumat verib.
O, gündəliyin birinci məsələsi olan “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsinin (ikinci oxunuş) birinci oxunuş zamanı geniş müzakirələrdən keçdiyini qeyd edərək müzakirələrdə qaldırılan məsələlərə izahat verib və münasibətini bildirib. Komitə sədri qanun layihəsinin humanitar minatəmizləmə fəaliyyətinə aid olduğunu, onun hərbi əməliyyatlar başa çatdıqdan sonra mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirildiyini vurğulayıb. Bildirilib ki, gündəliyin ikinci məsələsi olan “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) də "Minatəmizləmə fəaliyyəti haqqında" qanun layihəsinin 7-ci maddəsində nəzərdə tutulan müddəadan irəli gələrək uyğunlaşdırma məqsədi ilə hazırlanıb.
Arzu Nağıyev Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişiklik edilməsi barədə qanun layihəsində (ikinci oxunuş) hərbi xidmətin təkmilləşdirilməsi və hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılma prosedurlarının daha səmərəli qaydada həyata keçirilməsinin nəzərdə tutulduğunu söyləyib.
Növbəti məsələnin - “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin (üçüncü oxunuş) isə müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və həmin orqanın ehtiyatına keçirilmiş birinci dərəcəli ehtiyatda olan hərbi vəzifəlilərin hərbi təlim toplanışlarına çağırılması ilə bağlı olduğu bildirilib.
Diqqətə çatdırılıb ki, sonuncu məsələ olan “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində (üçüncü oxunuş) isə Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin müvafiq vasitələrlə təmin edilməsi üçün ümumi qaydalar müəyyən olunub.
Komitə sədrinin müavini Qüdrət Həsənquliyevin, komitə üzvləri Aqil Abbasovun, Azər Kərimlinin, Erkin Qədirlinin, Qaya Məmmədovun, Elman Məmmədovun, Aydın Mirzəzadənin, Ramid Namazovun, Rizvan Nəbiyevin, Səbinə Salmanovanın, Mahir Süleymanlının, Samir Vəliyevin iştirakı ilə keçən iclasda gündəlikdəki qanun layihələri müzakirə edilərək baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Tehsil-press.az