
Bu barədə “Tayms of İsrail” məlumat yayıb.
İsrail Prezidentinin Ofisindən bildirilib ki, səfərin ləğvinə səbəb “situasiyanın qiymətləndirməsindən sonra təhlükəsizlik mülahizələri”nin ortaya çıxmasıdır.
Məlumatda vurğulanıb ki, noyabrın 11-də başlayan konfransda İsrailin ətraf mühitin mühafizəsi, energetika və nəqliyyat nazirliklərini təmsil edən üç naziri və onlarla məmuru iştirak edəcək.
Həmçinin xatırladılıb ki, İsrailin COP29-da öz pavilyonu var.
Qeyd edək ki, bundan öncə İsrail prezidentinin Bakıya 3 nazir və 100-dən çox nümayəndə ilə 19 noyabrda gələcəyi təsdiqlənmişdi.
Tehsil-press.az