FHN Naxçıvanda komanda-qərargah təlimi keçirdi

FHN Naxçıvanda komanda-qərargah təlimi keçirdi Fövqəladə Hallar Nazirliyi (FHN) Naxçıvanda komanda-qərargah təlimi keçirib.

Naxçıvan Muxtar Respublikası (MR) Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Nazirliyin aparatının və struktur qurumlarının idarə edilməsinin təşkili” mövzusunda komanda-qərargah təlimi baş tutub.

Təlimin əsas məqsədi baş verə biləcək irimiqyaslı fövqəladə hadisələr zamanı ərazidə yerləşən qüvvə və vasitələrin real imkanlarının müəyyən edilməsi, onların hazırlıq səviyyəsi, qarşılıqlı fəaliyyət və idarəetmə sisteminin, baş verə biləcək fövqəladə halların qarşısının alınması və insanların təxliyəsinin təşkilinin təkmilləşdirilməsi olub.

Komanda-qərargah təliminə Nazirliyin qurumlarının qüvvə və vasitələri cəlb edilib.

Təlimin planına uyğun olaraq ilk öncə müvafiq tapşırıqlar çatdırılıb. Əməliyyat şəraitinə uyğun olaraq paralel üsul ilə qərargahlara 20-ə yaxın müdaxilələr təqdim olunub.

Qurumların qərargahları Böhran Vəziyyətlərində İdarəetmə İdarəsindən müdaxilələr üzrə qüvvə və vasitələrinin idarə edilməsini həyata keçirib.

Təlimin gedişində alınan tapşırıqların dəqiqləşdirilməsi, bölmələrdə və hadisə yerindəki vəziyyətin qiymətləndirilməsi, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması üzrə qərarvermə prosesi, müdaxiləyə uyğun verilən sxemlər, xəritələr üzərində yürüşün, cəmləşmənin, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması məşq etdirilib.

Aparılan işlər barədə qərargahlardan verilən məlumatlar ümumiləşdirilib və qurum rəhbərlərinin məruzələri dinlənilib.

İki gün davam edən komando-qərargah təlimində qarşıya qoyulan məqsədlərə nail olunub.

Tehsil-press.az

Oxşar xəbərlər