10-11 dekabr tarixlərində Sumqayıt Dövlət Universitetində Elm və Təhsil Nazirliyi (ETN) , Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) və Sumqayıt Dövlət Universitetinin (SDU) birgə təşkilatçılığı, “SOCAR Polymer” MMC-nin baş sponsorluğu, “bp” və “Nobel Energy” şirkətlərinin sponsorluğu ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş Doktorantların və Gənc Tədqiqatçıların XXVII Respublika Elmi Konfransı (NASCO XXVII) keçirilib.
Konfransın plenar iclasında ADPU-nun rektoru professor Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov, Magistratura və doktorantura şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov, eləcə də universitetin 15 nəfər doktorant, dissertant və gənc tədqiqatçısı iştirak ediblər. Tədbirdən əvvəl konfrans iştirakçıları müstəqil dövlətimizin qurucusu, Ümumilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, Ulu Öndərin Sumqayıt şəhərində yerləşən abidəsi önünə gül dəstələri qoyublar.
Tədbirdə giriş nitqi ilə çıxış edən SDU-nun rektoru Rüfət Əzizov qonaqları və iştirakçıları salamlayıb, elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi məqsədilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlardan danışıb və konfransla bağlı statistik məlumatları təqdim edib.
Elm və təhsil naziri Emin Əmrullayev çıxışında 27-ci dəfə təşkil olunan konfransın əhəmiyyətini yüksək qiymətləndirdiyini vurğulayaraq, bü cür tədbirlərin elm sahəsində uğurlu bir ənənə formalaşdırdığını və gənc alimlərə böyük imkanlar yaratdığını qeyd edib. Ölkəmizdə elm və təhsilin inkişafı istiqamətində bir sıra mühüm və uğurlu addımlar atıldığını qeyd edən Emin Əmrullayev bildirib ki, bu gün müasir təhsil infrastrukturunun yaradılması, universitetlərdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi və elmi-tədqiqat fəaliyyətlərinin gücləndirilməsi bu sahədəki əsas prioritetlərdəndir.
Rəsmi açılış mərasimindən sonra konfrans öz işini təbiət elmləri, İKT və mühəndislik, sosial-humanitar elmlər istiqamətləri üzrə bölmələrdə davam etdirilib.
Qeyd edək ki, ADPU-da hazırda fəlsəfə doktorluğu və elmlər doktorluğu proqramları üzrə ümumilikdə 48 doktorant və dissertant təhsil alır. Yaşı 35-ə qədər olan doktorant, dissertant və gənc tədqiqatçıların sayı 32-dir ki, onlardan 15 nəfəri konfransda tezislə iştirak edib. Bu, ADPU-nun ənənəvi olaraq keçirilən Doktorantların və Gənc Tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO ) üzrə son illərdə əldə edilmiş ən yüksək göstəricidir. Konfransda tezisi qəbul edilmiş iştirakçıların sayına görə ADPU 44 ali təhsil müəssisəsi və elmi-tədqiqat institutları arasında 3-cü yerdə qərarlaşıb.
Tehsil-press.az