
Bu barədə Rusiyanın “Nezıqar” Teleqram kanalı məlumat yayıb.
Səlahiyyətli nümayəndələr mütəmadi olaraq bölgələrə səfərlər edir, vəziyyətə xüsusi diqqət yetirirlər. Əgər rayon göstəricilərdən geri qalırsa, səlahiyyətli nümayəndənin səfəri istər-istəməz ciddi təhlilə çevrilir. Yanaşma son dərəcə sərtdir: “Nə edirsiniz edin, amma plan yerinə yetirilməlidir”.
Kanalın mənbəsinin məlumatına görə, 2022-2023-cü illərlə müqayisədə könüllülərin tempinin azalması müşahidə olunur. Hətta bu məsələdə öndə olan Krım, Başqırdıstan, Tatarıstan, Stavropol, Rostov kimi regionlar indi geri qalmağa başlayıblar:
“İlkin mərhələdə kənd yerlərindən və kiçik şəhərlərdən könüllülərin cəlb edilməsinə xüsusi diqqət yetirilirdi. Lakin bu ərazilərdə əhəmiyyətli dərəcədə azalma müşahidə olunur”.
Tehsil-press.az