Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin və “Cığır” İctimai Birliyinin əməkdaşlığı çərçivəsində “Kitab bağı” sosial sahibkarlıq kafesinin açılışı oldu.
Qeyd edək ki, bu sosial müəssisənin fəaliyyət məqsədi həssas kateqoriyadan olan qadınların, gənclərin əmək bazarı və cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır.
Dövlət Məşğulluq Agentliyinin “Sosial Müəssisələr” layihəsi çərçivəsində dəstək alan müəssisələrindən olan “Kitab Bağı”nın açılışında Dövlət Məşğulluq Agentliyi İdarə Heyəti sədrinin müavini Hasil Abbasov, Layihələrin idarə olunması şöbəsinin müdiri Taleh Hüseynli, həmin şöbənin əməkdaşı Rəhim Abduləliyev, Media və informasiya təminatı şöbəsinin əməkdaşları Maya Novruzova və Zahid Qurbanov iştirak etdilər.
“Cığır” MDİD İB-nin təsisçisi Yeganə Mirzəyeva qonaqları Birliyimizin nəzdində fəaliyyət göstərən sosial sahibkarlıq layihələri və müəssisələri ilə tanış etdi.
Eyni zamanda Dövlət Məşğulluq Agentliyi İdarə Heyəti sədrinin müavini Hasil Abbasov öz dəyərli tövsiyələrini bizimlə bölüşdü.
Sosial sahibkarlıq kafesinin yaradılmasında Agentlik tərəfindən zəruri avadanlıqlarla təmin olunmasına görə qonaqlara təşəkkür edildi.
Tehsil-press.az