Müharibə yenidən başlaya bilər - Hakan Fidan

Müharibə yenidən başlaya bilər - Hakan Fidan İsrail Qəzzada yenidən hərbi əməliyyatlara başlaya bilər.

Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

"Beynəlxalq cəmiyyət, Qəzza Zolağında atəşkəsin qalıcı olmasını təmin etmək üçün birləşməlidir. Mən HƏMAS-ın Siyasi Büro üzvləri ilə görüşdüm. HƏMAS atəşkəs razılaşmasının tələblərini heç bir tərəddüd olmadan yerinə yetirir. Lakin, İsrailin Baş naziri Benyamin Netanyahunun, israilli girovların azad edilməsindən sonra hansı mövqedə olacağı ilə bağlı bəzi suallar var. Netanyahunun döyüşləri yenidən başlatma ehtimalı hamını narahat edir", – Hakan Fidan qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər