Hərbçimiz vəfat etdi - Yenilənib

Hərbçimiz vəfat etdi - Yenilənib Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.

Müdafiə Nazirliyindən cavab olaraq bildirilib ki, Maqbet Xətai oğlu Məcidova ilkin olaraq ildırımsürətli vaskulit diaqnozu qoyulub və o, həmin xəstəlikdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!

***

M.Məcidov 2020-ci ildə Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasını, 2024-cü ildə isə Mədəniyyət və İncəsənət Universitetini bitiribmiş.

O bu ilin yanvarında hərbi xidmətə yollanıbmış.

***

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məcidov Maqbet Xətai oğlunun ölüm faktı əsasında Naxçıvan hərbi prokurorluğunun və Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılıb.

Məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin xarici və daxili müayinəsi keçirilib, eləcə də digər hərəkətlər icra edilib.

Fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və digər istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər