
Bu barədə yeni maliyyə naziri Sahil Babayev Əmr imzalayıb.
Maliyyə Nazirliyindən saytımıza xəbəri təsdiqləyiblər.
Bildirilib ki, Natiq Həsənov Maliyyə Nazirliyinin yeni Aparat rəhbəri təyin edilib. O, 2018-ci ildən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində işləyib.
Qeyd edək ki, Cavanşir Yusifov sözügedən vəzifədə 6 ildir çalışırdı. O, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun qardaşıdır.
Tehsil-press.az