Abituriyentlərə ŞAD XƏBƏR – Bu il də...

Abituriyentlərə ŞAD XƏBƏR – Bu il də... Xəbər verdiyimiz kimi, bu il bir sıra ixtisaslarda keçid ballarının artması nəzərdə tutulur. Lakin bu məsələyə paralel olaraq, bəzi müzakirələrdə plan yerlərinin abituriyent sayından çox olması ehtimalı da irəli sürülür.

Bəs vəziyyətin real mənzərəsi necədir? Hər iki faktoru nəzərə alaraq bu ilin qəbul prosesində plan yerlərinin artırılması, keçid ballarının yüksəlməsi və abituriyent sayının artması arasında tarazlığı necə təmin etmək mümkün olacaq?

Təhsil eksperti Cahid İmanlı məsələni açıqlayıb:

“Keçən ilki qəbul planında bir çox ixtisaslar üzrə plan yerləri artırılmışdı. Universitetlərin plan yerlərinin artırılması Nazirlər Kabinetinin razılığı ilə, Elm və Təhsil Nazirliyinin və universitetlərin birgə qərarı ilə müəyyən edilir. Plan yerlərinin artırılmasına Qarabağ Universitetinin yaradılması da öz təsirini göstərmişdi.

Bu ilki qəbul prosesində də plan yerlərinin artırılması gözlənilir. Lakin plan yerlərinin artırılması həmin yerlərin boş qalacağı anlamına gəlmir. Əhalinin artımı ilə əlaqədar olaraq, hər il 11 illik buraxılış imtahanlarını verən şagirdlərin sayı artır və nəticədə sənəd verən abituriyentlərin də sayı yüksəlir”.

Ekspert bildirib ki, keçən illə müqayisədə bu il sənəd verən abituriyentlərin sayı 10 mindən çox artıb:

“Ötən il əsas ixtisaslar üzrə qəbul planı 100 faiz dolmuşdu və bu il də təxminən eyni tendensiyanın davam edəcəyi proqnozlaşdırılır. Bu da göstərir ki, plan yerlərinin artırılması qəbul prosesinə mənfi təsir etmir, əksinə, təhsil almaq istəyən abituriyentlərin tələbatını qarşılamağa imkan yaradır.

Bundan əlavə, plan yerlərinin artırılması təhsilin əlçatanlığını təmin etməklə yanaşı, ali təhsil müəssisələrinin inkişafını dəstəkləyən mühüm addım kimi qiymətləndirilir. İxtisaslar üzrə plan yerlərinin təyin olunmasında əmək bazarının tələbləri və regional inkişaf strategiyaları da nəzərə alınır”.

Tehsil-press.az

Oxşar xəbərlər