
Ərdoğanın bu addımı müzakirələrə yol açıb. Nə dəyişdi ki, 2025-ci ildə R.T.Ərdoğan toplantı keçirdi, Novruz tonqalından atlayıb?
Sabiq xarici işlər naziri Hüseynağa Sadıqov Ərdoğanın bu addımının təqdirəlayiq olduğunu bildirib.
Onun fikrincə, Rəcəb Tayyib Ərdoğan türk qardaşlarına daha da yaxın olmaq üçün bu qərarı verib:
“Əslində, bu, çox yaxşı və doğru addımdır. Biz Ərdoğanın addımını yalnız alqışlaya bilərik. Əgər “Bir millət, iki dövlət”, “Türk dövlətləri”, “qardaşlıq” deyiriksə, niyə də bayramlarımız bir olmasın?! Şad günümüz də, pis günümüz də birlikdə qeyd edilməlidir. Bunun başqa bir siyasi tərəfinin olacağını düşünmürəm. Türk dövlətləri deyiriksə, adət-ənənələrimiz də eyni olmalıdır”.
Tehsil-press.az