
Özmen və 5 şübhəli martın 24-də Yalvaç Respublika Baş Prokurorluğunun koordinasiyasında Təhlükəsizlik Müdirliyinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən aparılan istintaq çərçivəsində saxlanılıb.
Dünən Yalvaç Ədliyyəsinə aparılan Özmen və tərəfdaşlarının prosedurları gecə boyu davam edib.
Prosedurlar başa çatdıqdan sonra Özmen və digər bir nəfər “rüşvət alma", "mənimsəmə", "hədə-qorxu ilə tələb etmə", "vəzifə səlahiyyətlərindən sui-istifadə" və "cinayət dəlillərini məhv etmə və ya gizlətmə" ittihamları ilə həbs edilib.
Bir şübhəli prokurorun qərarı ilə şahid qismində, üç şübhəli isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Qeyd edək ki, 31 Mart 2024-cü il seçkilərində İYİ Partiyasından bələdiyyə sədri seçilən Mustafa Özmen haqqında müxtəlif şübhələr ortaya çıxıb. Nəticədə Yalvaç Respublika Baş Prokurorluğu tərəfindən təhqiqat başladılıb. Özmen isə partiyadan istefa verərək vəzifəsini müstəqil icra edib.
Tehsil-press.az