Emin Əmrullayev ixtisarlardan danışdı: "Bizim işimiz..."

Emin Əmrullayev ixtisarlardan danışdı: İxtisarlarla bağlı çoxlu suallar olur, amma demək istəyirəm ki, bizim işimiz ixtisarlar edib kiminsə işini çətinləşdirmək deyil.

Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev UNEC-də mühüm elmi müzakirələrə həsr olunmuş "Elm Festivalı" zamanı çıxış edərkən deyib.

Nazir bildirib ki, bəzi elmi müəssisələrin birləşdirilərkən ixtisarlar olmayacaq:

"Sərəncama əsasən, bir qisim institutlar birləşdiriləcək. Bu istiqamətdə ixtisarlar nəzərdə tutulmur. Çünki bizin məqsədimiz kiminsə həyatını çətinləşdirmək deyil".

Qeyd edək ki, aprelin 4-də Prezident İlham Əliyev Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamla oxşar və bir-birini tamamlayan istiqamətlər üzrə fəaliyyət göstərən institutlar birləşdirilərək ixtisaslaşmış 8 institut - Geologiya, Coğrafiya, Fizika, Kimya, Riyaziyyat, Botanika, Canlı Sistemlər və Molekulyar Biologiya institutları yaradılacaq. Eyni zamanda müasir elmi infrastruktur və beynəlxalq standartlara cavab verən 2 yeni elmi müəssisə formalaşdırılacaq. Əlavə olaraq, artıq fəaliyyət effektivliyi zəif olan bəzi elmi-istehsalat birliklərinin fəaliyyətinə xitam veriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər