Ərdoğan: Şiddətli “tufan” yaxınlaşır, ciddi dəyişikliklər olacaq

Ərdoğan: Şiddətli “tufan” yaxınlaşır, ciddi dəyişikliklər olacaq İkinci Dünya müharibəsindən sonra formalaşmış qlobal sistem kökündən çatlayır.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bölgə və dünyada baş verən hadisələr göstərir ki, çox mühüm dəyişikliyin Astanasında, hətta onun mərkəzindəyik. İkinci Dünya müharibəsindən sonra formalaşmış qlobal sistem kökündən çatlayır. Neoliberal iqtisadi-siyasi nizamın yerində daha proteksionist strukturun yüksəldiyini görürük. Demək olar ki, hər yerdə dövlətlər cəmiyyət və iqtisadiyyatın güclənməsinə yönəlmiş siyasətlər hazırlayırlar, ticarətdən təhlükəsizliyə, müdafiədən əhali sayına qədər müxtəlif sahələrdə yeni mübarizə dövrünə hazırlıq görülür. Beynəlxalq siyasətin demək olar ki, bütün aktorları yeni axtarışlara başlayıblar, görünür, gömrük tarifləri ilə bağlı alovlanan ticarət müharibələrinin qlobal təsirləri olacaq. Böyük-kiçik hər kəsə təsir edəcək şiddətli “tufan” yaxınlaşır”, - dövlət başçısı bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər