
Bu münasibətlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə tədbir keçirilib.
Tədbirdə çıxış edən MİT rəhbəri İbrahim Kalın hazırda dünyanın qlobal güc balansından uzaqlaşdığını, təşkilatın özünü bu qeyri-müəyyənlik və hibrid təhlükələr dövrünə hazırlaması üçün daim yeni imkanları inkişaf etdirdiyini deyib. Son dörd ildə yaşanan böhranlara toxunan Kalın bunu qlobal qırılmaların getdikcə daha dərin və dağıdıcı xarakter almasının göstəricisi kimi qiymətləndirib. O, Türkiyəni kəşfiyyat nəzəriyyəsi və metodologiyasında söz sahibi olan ölkəyə çevirmək üçün Milli Kəşfiyyat Akademiyasının qurduğunu bildirib.
Prezident Ərdoğan çıxışında Türkiyənin iqtisadi, siyasi və hərbi baxımdan qlobal güc rəqabətinin mərkəzində olan bir bölgədə yerləşdiyini qeyd edib. “Bəşəriyyətin gündəmini zəbt edən böhranların böyük əksəriyyəti ölkəmizin bilavasitə yaxınlığında baş verir. Biz, sözün həqiqi mənasında, od halqası ilə əhatə olunduğumuz halda həm ölkəmizi genişləndirmək, həm də dövlətimizin təhlükəsizliyini təmin etmək üçün çalışırıq. Qeyri-müəyyənliyin artdığı bu dövrdə ölkəmiz iqtisadi, hərbi, diplomatik və kəşfiyyat sahələrində qazandığı uğurlarla öz sözünü deməyə başlayıb. Bu məqamda demək olar ki, hər kəs bu həqiqəti qəbul edir”, - deyə Türkiyə Prezidenti vurğulayıb.
Müdafiə sənayesi sahəsinə toxunan Ərdoğan deyib: “Bir vaxtlar 80 faiz xarici mənbələrdən asılı olduğumuz müdafiə sənayesi indi ölkəmizin ən yüksək əlavə dəyərli ixrac məhsuluna çevrilib. 2023-cü ildə 5,5 milyard dollarlıq müdafiə məhsulu ixrac etməklə respublika tarixində rekord qırdıq”.
Türkiyə Prezidenti bölgədəki gərginliyin azaldılmasında MİT-in rolundan da danışıb.
Tehsil-press.az