
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədrinin müşaviri Emil Məmmədov Bakıda keçirilən "Xəzər və Mərkəzi Asiya neft ticari-nəqliyyat Forumu"nda bildirib.
O qeyd edib ki, dəmir yolu xəttlərində əsaslı yenidənqurma işləri aparılıb və imkanlar genişləndirilib:
"Ötən il ADY dəmir yolu xəttində əsaslı yenidənqurma işləri aparıb və müvafiq olaraq terminal imkanlarını genişləndirib. Bu gün dəhliz fəaliyyət göstərir, marşrut işləyir. Biz hazırda quru yükün cəlb edilməsi üzərində işləyirik, bütün bu proseslər gedir və həcm müvafiq olaraq artır".
ADY rəsmisinin sözlərinə görə, BTQ vasitəsilə digər yüklərlə birgə neft məhsullarının nəqli də onun tam istismara verilməsi ilə bağlıdır:
"Bu gün demək olar ki, bu proses təxminən 95 % tamamlanıb və biz son ştrixlər üzərində işləyirik. Doğrudur, dəqiq tarix demək mənim üçün çətin olacaq. Amma düşünürəm ki, bu, maksimum bu ilin məsələsidir", - deyə Emil Məmmədov qeyd edib.
Tehsil-press.az