BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Narkomaniyaya YOX deyək!” adlı tədbir

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Narkomaniyaya YOX deyək!” adlı tədbir Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyində “Narkomaniyaya YOX deyək!” adlı tədbir keçirilib.

Liseyin direktoru Fuad Babayev “ağ ölüm” adlandırılan narkomaniyanın bu günün gəncliyi üçün bəlaya çevrildiyini və zərərlərinin aradan qaldırılması üçün maarifləndirilmənin artırılmalı olduğunu bildirib. Narkomaniyanın cinayətkarlığa, zorakılığa yol açdığını, hazırda ciddi qlobal problemə çevrildiyini, narkotik vasitələrdən istifadə edən şəxslərin özlərini uğurlu gələcəkdən məhrum etdiklərini diqqətə çatdırıb.

Yasamal Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Mirnemət Mirbabayev mövzu haqqında geniş məruzə edib. Narkomanlığın dünyanı narahat edən qlobal problemlərdən olduğunu, cəmiyyətin mənəvi, əxlaqi dəyərlərinə, sosial-iqtisadi inkişafa böyük zərbə vurduğunu, insanların sağlamlığına ciddi təhlükə yaratdığını deyən polis rəisi hər bir Azərbaycan vətəndaşının cəmiyyəti, xüsusilə də gənc nəsli bu bəladan xilas etmək üçün addımlar atmalı olduğunu vurğulayıb. O, vətəndaşların operativ əlaqə saxlaması üçün "802” çağrı xidmətinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Görüş şagidlərin suallarının cavablandırılması ilə başa çatıb.

Tehsil-press.az

Oxşar xəbərlər