Bakıda tikiləcək 10 yeni metro stansiyasının dəqiq yerləri MÜƏYYƏNLƏŞDİRİLDİ

Bakıda tikiləcək 10 yeni metro stansiyasının dəqiq yerləri MÜƏYYƏNLƏŞDİRİLDİ “2030-cu ilə kimi tikiləcək 10 yeni stansiyanın dəqiq yerlərinin müəyyənləşdirilməsi prosesi tamamlanmaq üzrədir”.

Bu fikirləri “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov metroda gözlənilən yeniliklərlə bağlı danışarkən deyib.

O bildirib ki, 2030-cu ilə qədər icrası nəzərdə tutulmuş genişmiqyaslı layihəyə əsasən, 10 yeni stansiyanın 6-sı “bənövşəyi” xəttin, 4-ü isə “yaşıl” xəttin üzərində yerləşəcək:

B.Məmmədov əlavə edib ki, yeni stansiyalar sayəsində Bakı-Sumqayıt-Xırdalan və digər istiqamətlərdən gələn sərnişinlər şəhər mərkəzinə daha rahat şəkildə çatacaqlar:

“Yeni şəbəkə “Nizami”, “Sahil” və “Xətai” stansiyalarında digər xətlərlə keçidi təmin etməklə sərnişin axınını xeyli optimallaşdıracaq. “Yaşıl” xətt üzərində yerləşəcək 4 yeni stansiya isə 8 Noyabr prospektindən Əhmədliyə qədər olan ərazilər və ətraf kəndlər üçün mühüm əhəmiyyət daşıyacaq. Layihə, həmçinin, xətlərin ayrılması baxımından da önəmlidir”.

Tehsil-press.az

Oxşar xəbərlər