
Bu gün sosial şəbəkələrdə yayılan məlumatlara görə, Kazım Hüseynəliyevin nazir vəzifəsinin ömrü cəmi bir gün çəkib.
Belə ki, Muxtar Respublika rəhbərliyinin bu təyinatdan narazı qaldığı və onun ləğvi barədə göstəriş verdiyi bildirilir. Qeyd olunur ki, Kazım Hüseynəliyevin nazir təyinatı ilə bağlı qərar da rəsmi resurslardan götürülüb.
Məlumatın nə dərəcədə doğru olduğunu dəqiqləşdirmək üçün kiçik bir araşdırma apardıq. Məlum oldu ki, həqiqətən də Naxçıvan Ali Məclisinin //alimajlis.gov.az/ saytının sərəncam, fərman və qərarlar bölmələrində Kazım Hüseynəliyevin nazir təyinatı ilə bağlı heç bir məlumat mövcud deyil. Buradakı əksər sənədlər aprel ayına aiddir.
Tehsil-press.az