Bəs "JEK" əhalidən hansısa ödəniş tələb edə bilərmi?
Vətəndaşların sözlərinə görə, onlar ödədikləri pulun qarşılığında yalnız "JEK"in zibil tullantılarını götürdüklərini bildirirlər.
Məsələ ilə bağlı iqtisadçı ekspert Ruslan Atakişiyev bildirib ki, qanunvericiliyə görə, bu qurumların belə bir haqqı yoxdur:
"Çünki əvvəllər "JEK"lərin üzərinə götürdüyü səlahiyyətlər indi bələdiyyələrə aiddir. Bəzi vətəndaşlardan tələb olunan ev pulundan isə söhbət gedə bilməz. Vergilər bələdiyyəyə ödənilir bununla belə vətəndaşlar əmlakını özəlləşdirir, Sover dövründə bu mənzil komunal idarələri ona görə fəaliyyət göstərirdilər ki, evləri dövlət tikib vətəndaşlara verirdi. Amma indi mənzillər özəlləşdirilib".
Hətta yeni tikililərin özlərində də komendantlar olur. Bir binada həm özəl, həm də dövlət mülkiyyətli ev varsa, bu zaman özəl evin sahibi nə etməlidir?
Məsələ ilə bağlı hüquqşünas Roman Qaraşov qeyd edir ki, özəl mülkiyyət sahibi əgər özü istəyərsə, mənzil istismar sahələri ilə müqavilə bağlayıb, onların hansısa xidmətindən ödənişlə istifadə edə bilər. Əks halda onlardan ödəniş tələb olunması qanunsuzdur.
Ekspertlərin sözlərinə görə, gələcəkdə "JEK"lərin ləğvi nəzərdə tutulur. Əgər bələdiyyələr yaxşı fəaliyyət göstərən aktiv bir quruma çevrilsə, o zaman mənzil istismar sahələrinin ləğvi nəzərdə tutulur.
Tehsil-press.az