BDU-da “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda Beynəlxalq konfrans öz işinə başlayıb

BDU-da “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda Beynəlxalq konfrans öz işinə başlayıb Bu gün Bakı Dövlət Universiteti (BDU) və Türkiyənin Üsküdar Universitetinin birgə təşkilatçılığı, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Azərbaycan Mətbuat Şurasının tərəfdaşlığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda Beynəlxalq konfrans öz işinə başlayıb.

3 gün davam edəcək konfransın məqsədi media istehsalı və istehlakı proseslərinin rəqəmsallaşma ilə transformasiyasının insani, sosial, siyasi və mədəni təsirləri haqqında müzakirələr aparmaqdır. Bu transformasiyanın mahiyyətinin, media ekosisteminə təsirlərinin və qlobal səviyyədə gətirəcəyi nəticələrin ətraflı şəkildə müzakirə olunacağı konfransın kommunikasiya və media sahəsində araşdırmalara əhəmiyyətli töhfə verməsi hədəflənir.

Konfransın ilk günündə “Rəqəmsal dövrdə media və cəmiyyət”, “Süni intellekt, media və cəmiyyət”, “Rəqəmsal dövrdə media və kommunikasiya tədqiqatları”, “Rəqəmsal dövrdə reklam və marketinq”, “Jurnalistika tarixi”, “Süni intellekt, media və vizual mədəniyyət”, “Rəqəmsal transformasiya və media” mövzuları üzrə 7 bölmədə 48 məruzə dinləniləcək.

Qeyd edək ki, konfransa ümumilikdə 300-ə yaxın məqalə və 100-ə yaxın tezis qəbul olunub. Tədbir zamanı medianın müxtəlif istiqamətləri üzrə 19 canlı, 24-dək onlayn panel müzakirəsinin təşkili nəzərdə tutulub.

Tehsil-press.az

Oxşar xəbərlər