Qanuna əsasən, “Şah İsmayıl” ordeni ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali zabitləri, hərbi hissələrin və birləşmələrin komandirləri təltif edilə bilərlər.
“Şah İsmayıl” ordeni aşağıdakılara görə verilə bilər:
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təşkilində və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə;
Azərbaycan Respublikasının ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə görə;
görkəmli sərkərdəlik fəaliyyətinə görə;
respublikada fövqəladə halların nəticələrinin aradan qaldırılmasında xüsusi xidmətlərinə görə.
Bəs bu ali hərbi orden nəyə görə indiyədək heç bir hərbçiyə verilməyib?
Hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, indiyədək ölkəmizdə “Şah İsmayıl” ordenindən başqa da, belə demək mümkünsə, ünvanını tapmamış orden və medallar var.
Ü.Cəfərov ehtimal edir ki, “Şah İsmayıl” ordeni ilə indiyədək heç bir təltifin olmamasının kökündə əlaqədar strukturlardan bu orden üzrə müvafiq təqdimatın irəli sürülməməsi dura bilər: “Hərçənd şəxsən mən hesab edirəm ki, xüsusilə ölkəmizin ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində, 2020-ci ilin Vətən müharibəsində, 2023-cü ilin sentyabrındakı antiterror əməliyyatında xidmətləri olan insanları “Şah İsmayıl” ordeni ilə təltif etmək olardı. İndi də olar və əslində olmalıdır da. Çünki belə bir orden təsis edilib, ali hərbi ordendir və ondan mütləq istifadə edilməlidir. Ancaq bundan ötrü ilk növbədə müvafiq qurumlar təqdimatlar verməlidir”.
Ü.Cəfərov ümid edir ki, media vasitəsilə gündəmə gətirilməsi, ictimailəşməsi məsul qurumların və şəxslərin, nəhayət, bu məsələyə diqqət ayırması ilə nəticələnə bilər: “Orden və medallara sayğı ilə yanaşmalıyıq, çünki bu təltiflər Azərbaycan Respublikası adından verilir. Belə işlərdə nizam-intizam, səliqə-sahman olmalıdır”.
Qarşıdan 26 İyun Silahlı Qüvvələr Günü gəldiyini yada salan Ü.Cəfərov vurğulayıb ki, məhz elə bu bayramda “Şah İsmayıl” ordeni ilə ilk təltifin və ya təltiflərin edilməsi çox yerinə düşərdi.
Azərbaycanın ali hərbi ordeni niyə heç kimə verilməyib?
Azərbaycanın ali hərbi ordeni niyə heç kimə verilməyib?
Azərbaycanın ali hərbi ordeni niyə heç kimə verilməyib?
Azərbaycanın ali hərbi ordeni niyə heç kimə verilməyib?
“Şah İsmayıl” ordeninin təsviri
Azərbaycan Respublikasının “Şah İsmayıl” ordeni (bundan sonra – orden) biri digərinin üzərində yerləşdirilmiş, biri digərinə nisbətən ox ətrafında dönmüş iki səkkizguşəli ulduzdan ibarətdir. Arxa şüalar platindən, ön şüalar qızıldandır.
Ordenin ön tərəfi
Üst hissədə olan ulduz daha uzun şüalıdır, mərkəzində qızıldan girdə lövhə yerləşir. Həmin lövhənin üzərində Şah İsmayılın əksi profildən qabarıq təsvir olunmuşdur. Girdə lövhənin aşağısında çevrə boyunca “Şah İsmayıl” sözləri yazılmışdır.
Ordenin arxa tərəfi
Ordenin arxa tərəfi hamar səthlidir, ortasında ordenin seriyası və nömrəsi həkk olunmuşdur.
Ordenin elementləri
Təltif dəstinə aşağıdakılar daxildir:
– boyundan asmaq üçün 37 mm enində, qırmızı çalarlı, kənarlarından 1 mm aralı mərkəzə doğru hər tərəfdən ardıcıl olaraq, bir-birindən 2 mm aralı, biri 3 mm, digəri isə 2 mm enində qızılı zolaqlı lenti olan 50 mm qabarit ölçülü orden;
– paltara bərkidilmək üçün elementi olan, aşağıya doğru bucaq altında kəsilən, qırmızı çalarlı, kənarlarından 1 mm aralı mərkəzə doğru hər tərəfdən ardıcıl olaraq, bir-birindən 2 mm aralı, biri 3 mm, digəri isə 2 mm enində qızılı zolaqlı, 37 mm x 50 mm ölçüdə lentə halqa və ilgək vasitəsilə birləşdirilən 35 mm qabarit ölçülü orden. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü qızılı təbəqə bərkidilmişdir;
– paltara bərkidilmək üçün elementi olan, xara lentə uyğun, ölçüsü 37 mm x 10 mm olan 2 ədəd qəlib. Qəlibin birinin üzərinə 17 mm x 6 mm ölçüdə sarı rəngli metal lövhə bərkidilmişdir. Metal lövhənin üzərində qoşa sarı xətli qırmızı rəngli dairəvi element vardır.
Tehsil-press.az