Sumqayıtda zavodda partlayış - Yaralılar var

Sumqayıtda zavodda partlayış - Yaralılar var Sumqayıt şəhərində yerləşən sənaye müəssisələrindən birində partlayış baş verib.

Hadisə şəhərin Sahil küçəsində yerləşən zavodlardan birində qeydə alınıb.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub.

İlkin məlumata əsasən, hadisə nəticəsində üç nəfər xəsarət alıb.

Partlayışın səbəbləri araşdırılır, ərazidə təhlükəsizlik tədbirləri görülür.

Tehsil-press.az

Oxşar xəbərlər