Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov Tehsil-press.az-a bildirdi ki, məktəbdə heç bir partlayış olmayıb: “Yanğın məktəbin ibtidai sinfinin şagirdlərinin dərs keçdiyi korpusda baş verib. Giriş hissədəki otaqlardan birində mebel yanıb. Əraziyə cəlb edilən yanğından mühafizə briqadasının əməkdaşları yanğının qarşısını alarkən, xüsusi riskli xilasetmə briqadalarının əməkdaşları isə şagirdləri təxliyə ediblər. Hazırda yanğının baş verməsinin səbəbləri araşdırılır. Hadisə zamanı xəsarət alan olmayıb”. Nazirlik rəsmisi onu da bildirdi ki, yanğının qarşısı tam şəkildə alınıb. Onu da əlavə edək ki, əraziyə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının iki həkim briqadası da cəlb edilib.
Tehsil-press.az