Qazi övladına kobud rəftar edən məktəb direktoru cəzalandırıldı

Qazi övladına kobud rəftar edən məktəb direktoru cəzalandırıldı Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) daha iki məktəb direktoru ilə bağlı intizam tədbirləri görüb.

İdarənin Media və ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, əmək fəaliyyətində yol verdikləri nöqsanlara görə Bakı şəhəri 275 nömrəli tam orta məktəbin direktoru Elnur Hüseynov və 278 nömrəli tam orta məktəbin direktoru Sevinc Hüseynovaya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Bildirilir ki, adıçəkilən şəxslərə gələcəkdə analoji hallara yol verəcəkləri təqdirdə daha ciddi intizam tənbeh tədbirinin tətbiq ediləcəyi nəzərlərinə çatdırılıb.

Qeyd edək ki, 278 nömrəli məktəbin direktoru Sevinc Hüseynova bir neçə il əvvəl Vətən Müharibəsi iştirakçısı, qazi polkovnik Elşən Umarovun övladına qarşı kobud rəftarı ilə diqqət çəkmişdi.

Tehsil-press.az


Oxşar xəbərlər