Məktəb direktoru və müavinlərin maaşı bu qədər artırıldı

Məktəb direktoru və müavinlərin maaşı bu qədər artırıldı 2022–2024-cü illər ərzində cəmi 59072 nəfər orta məktəb direktoru və direktor müavinin vəzifə maaşına 35 faiz əlavə müəyyən olunub.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabat”ında əksini tapıb.

Hesabatda qeyd edilib ki, ümumilikdə 2022–2024-cü illər ərzində cəmi 59072 nəfər, o cümlədən 3523 nəfər direktor, direktor müavini, 17323 nəfər vəzifə maaşına 35 faiz əlavə müəyyən olunub, 38226 nəfər vəzifə maaşına 10 faiz əlavə müəyyən olunmuş təhsilverənlər sertifikatlaşdırmadan keçirilib.

Tehsil-press.az

Oxşar xəbərlər