ADU-da Xalq artisti Nazpəri Dostəliyeva ilə görüş keçirilib

ADU-da Xalq artisti Nazpəri Dostəliyeva ilə görüş keçirilib Mayın 26-da Azərbaycan Dillər Universitetində (ADU) “Milli musiqi mədəniyyətimizlə bağlı söhbətlər” layihəsi çərçivəsində Xalq artisti Nazpəri Dostəliyeva ilə görüş keçirilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, musiqiçi qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirib.

Qeyd olunub ki, “Milli musiqi mədəniyyətimizlə bağlı söhbətlər” layihəsi çərçivəsində tanınmış incəsənət nümayəndələri ilə keçirilən görüşlər müəllim və tələbələrin musiqi zövqünün formalaşması və milli musiqimizin təbliği baxımından xüsusi əhəmiyyətə malikdir.

Daha sonra “Səda” musiqi ansamblının müşayəti ilə Xalq artisti Nazpəri Dostəliyeva səhnəyə çıxıb və sevilən mahnılarını ifa edib.

Tədbir tələbələrin sualları ilə davam edib.

Qeyd edək ki, Xalq artisti Nazpəri Dostəliyeva böyük səhnədə ilk addımlarını 1996-cı ildə atıb. İlk hiti "Nə olar, Allahım, ayırma bizi" mahnısı olub.

1998-ci ildən Azərbaycan Dövlət Teleradio Şirkətinin solistidir. 25 disk və 3 albomu çıxıb.

Fransa (Paris), Almaniya (Bonn, Frankfurt, Köln, Hannover), Niderland (Amsterdam), Norveç, Türkiyədə 2015-ci ildə Lütfü Kırdar adına böyük konsert salonunda solo konsert edib. Kiprdə çıxışlar edib.

1999-cu ildən bəstəkar-aranjımançı Siyavuş Kərimi ilə işləyir.

2001-ci ildə isə Norveçin Oslo şəhərində və Skruk xoru ilə Norveçin bir çox şəhərlərində konsert proqramı ilə çıxış edib. Nordkap adasında keçirilən festivalda 1-ci yerə layiq görülüb.

ADU-da Xalq artisti Nazpəri Dostəliyeva ilə görüş keçirilib
ADU-da Xalq artisti Nazpəri Dostəliyeva ilə görüş keçirilib
ADU-da Xalq artisti Nazpəri Dostəliyeva ilə görüş keçirilib
ADU-da Xalq artisti Nazpəri Dostəliyeva ilə görüş keçirilib


Tehsil-press.az

Oxşar xəbərlər