
Ancaq təhsil sistemində hesabatlılıq, şəffaflıq və ictimai nəzarətin olmaması ilə bağlı narahatlıqlar artmaqdadır. Bakı məktəblərinə rəhbərlik edən direktorların fəaliyyəti, vəzifədə qalma müddəti və bu vəzifələrə hansı yollarla gəldikləri cəmiyyətin əsas müzakirə mövzusuna çevrilib.
Bu kontekstdə xüsusi diqqət çəkən nümunələrdən biri Bakı şəhəri, Nərimanov rayonu 47 saylı məktəbin direktoru Aytən Bağırovadır. O, 1997-ci ildən etibarən artıq 28 ildir ki, eyni məktəbə rəhbərlik edir.
Bu qədər uzun müddət dəyişmədən direktor vəzifəsində qalmaq cəmiyyətdə ciddi suallar doğurur: Aytən Bağırovanı bu kresloda bu qədər müddət saxlayan hansı güclərdir? Onun toxunulmazlığını təmin edən kimlərdir?
Daha maraqlısı isə odur ki, bir məktəbdə 28 illik rəhbərlik tarixçəsinə malik bir şəxsin fəaliyyəti barədə nə mediada, nə də rəsmi mənbələrdə demək olar ki, ciddi, təsirli bir xəbərə, hətta yeni bir fotoya rast gəlmək mümkün deyil. Bununla bağlı internet üzərindən aparılan kiçik bir araşdırma dediklərimizi təsdiq edir.
Aytən Bağırova sanki ictimaiyyət üçün “görünməz direktor”a çevrilib. Bu qədər mühüm vəzifə daşıyan bir şəxsin bu səviyyədə qapalı qalması, ictimai hesabatlılığın olmaması ciddi narahatlıq doğurur.
Əgər ölkədə direktorlar vaxtaşırı monitorinqdən keçirsə, fəaliyyətləri qiymətləndirilirsə və nəticəyə əsasən rotasiyalar həyata keçirilirsə, bu qədər müddət eyni vəzifədə qalan şəxslər necə və niyə dəyişməz qalır?
Yoxsa bəzi direktorlar üçün bu sistem işləmirmi?
Təhsil cəmiyyətin təməlidir. Bu təməlin üzərində şəxsi maraqlar yox, peşəkarlıq, cavabdehlik və şəffaflıq dayanmalıdır. Əks halda, təhsil müəssisələri şəxsi təsir dairəsinə çevrilir və bu da nə müəllimlərə, nə valideynlərə, nə də şagirdlərə xidmət edir.
Tehsil-press.az