
Bu sözləri Əməkdar artist Almaz Ələsgərli "Afaqla 10lar" verilişində deyib. Müğənni qızları Əminə və Mədinənin ona qoyduğu qadağadan danışıb. A.Ələsgərli bildirib ki, övladları onlar haqqında danışmasını istəmirlər.
İfaçı "Nə üçün qızlarınızın yanına köçmürsünüz" sualına "Getmərəm. İnsan yaşa dolduqca torpaq çəkir. Vətənimə gələndə deyirəm, buradan gözəl, yaxşısı yoxdur. Onlar cavandır, xaricdə yaşamağa öyrəşə bilərlər. Mənim dostlarım buradadır. Gedirəm, 10 gün artıq qala bilmirəm" cavabını verib.
A.Ələsgərli də qızına qoyduğu qadağadan danışıb:
"İstəmirəm adımı nəvəmə qoysunlar. Amma qızım Əminənin adını Mədinə balaca qızına qoyub".
Tehsil-press.az