
Bu mərhələdə Bəylik kəndinə 38 ailə - 153 nəfər köçürülüb.
Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Laçın rayonunun Bəylik kəndinə cəmi 89 ailə (363 nəfər) köçürülüb.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.
Tehsil-press.az