Liderlər Ağdamda Zəfər şousunu izləyirlər - Video
Azərbaycanda səfərdə olan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin dövlət və hökumət başçıları Ağdam şəhərindəki İmarət Kompleksində Qarabağ atlarının "Zəfər" şousunu izləyiblər.
Atlılar musiqi sədaları altında əllərində quruma üzv ölkələrin bayraqları ilə meydana daxil olaraq dövrə vurub və qonaqları salamlayıblar.
Daha sonra rəqqaslar Azərbaycan milli rəqslərini ifa ediblər.
Qeyd edək ki, iyulun 4-də Xankəndidə ECO-nun 17-ci Zirvə görüşü keçiriləcək.
Tehsil-press.az
- Baxış: 126
Xəbərin tarixi: 03.07.2025 / 21:39
-
Oxşar xəbərlər