“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun Zəfər Gününə həsr olunmuş konsert proqramı

“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun Zəfər Gününə həsr olunmuş konsert proqramı “BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim olunub.
Proqramda könüllülərin ifasında “Azərbaycan”, “Laçınım”, “Qarabağ”, “Cənab leytenant”, “Xatirə” kimi musiqi nömrələri səsləndirilib. Zəfər əhvali-ruhiyyəli konsert proqramı gənclərin böyük marağına səbəb olub.
Qeyd edək ki, “BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubu xüsusi istedadı ilə fərqlənən tələbə-gənclərin aşkara çıxarılması və tanıdılması məqsədilə fəaliyyət göstərir.

Tehsil-press.az


Oxşar xəbərlər