9 mərtəbəli bina əyildi, 200 nəfər təxliyə olundu

9 mərtəbəli bina əyildi, 200 nəfər təxliyə olundu Hadisənin süxurların çökməsi ilə bağlı olduğu güman edilir.

Qazaxıstanın Almatı şəhərində doqquz mərtəbəli bina əyildi, 200-dən çox insan təxliyə olundu. ANS PRESS-in məlumatına görə, bu barədə Qazaxıstanın Daxili İşlər Nazirliyinin fövqəladə hallar üzrə komitə rəsmisi Ruslan İmankulov deyib.
Bina sakinlərinin təxliyəsinə gecədən başlanılıb. Almatı şəhərinin mikrorayonlarından birində yerləşən binanın aşma təhlükəsini ilk olaraq elə bina sakinlərindən biri görüb.
Ruslan İmankulovun sözlərinə görə, burada süxurların çökməsi və evlərin kiçik meyllənməsi müşahidə olunur. Hakimiyyət 90 nəfəri otellərdə yerləşdirib, qalanları isə qohumlarının evlərində qalmaq istədiklərini bildiriblər.
Bənzər hadisə ötən gün Rusiyanın Kemerovo vilayətinin Mejdureçensk şəhərində baş verib. Burada beşmərtəbəli binanın bir girişi dağılıb. Girişin uçması nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb. dağıntılar altında 10 nəfər qalsa da, daha sonra onların xilas edilməsi mümükün olub.



Tehsil-press.az

Oxşar xəbərlər