Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov anasının köməkçisinin onu təhdid etməsi ilə bağlı iddialarına münasibət bildirib.
Tehsil-press.az bildirir ki, Axsam.az-a açıqlamasında O.Nadirov ona şər atıldığını, buna görə də məhkəməyə müraciət edəcəyini bildirib: "Hamının danışmaq, açıqlama vermək hüququ var. Amma məni şərləməsinlər, haqqımda yalan danışmasınlar. Bu cür söz-söhbətdən bezdim. Mən heç kimi zəng vurub təhdid etdirmirəm. Fatma Əliyevanın və digərlərinin açıqlamalarını oxuyuram, fikir verməməyə çalışıram. Dediklərini sübuta yetirsinlər.
Əgər mən onu təhdid edirəmsə, gedib polisə şikayət etsin. Edə bilmirsə, mən məhkəməyə müraciət edəcəm. Hazırda mənə atılan şərə görə polisə getməyə hüququm var. İndi bu haqda düşünürəm də, vəkilimlə məsləhətləşəcəm. Mənə yetərincə şər atılıb, bezdim bunlardan".
Qeyd edək ki, İ.Quliyevanın köməkçisi F.Əliyeva lent.az-a açıqlamasında bunları deyib: "İlhamə xanım ölən gündən sonra xeyli vaxt mən heç bir yerə danışmadım. Hər şeyi sona qədər izlədim. Həmin vaxtda mənə nəsə deyən yox idi. Amma sonuncu dəfə verdiyim müsahibədən sonra mənə gizli nömrədən xeyli zənglər gəlir. Axırıncı dəfə zəng edən bir xanım idi. Özünü təqdim etmədi. Dedi: "Sən niyə Orxan və onun anası Lalə barədə belə danışmısan? Danışdığın sözlərə görə səni pis nəticələr gözləyə bilər. Mənə hədə-qorxu gəldilər. Məni təhdid edirlər".
Tehsil-press.az